Britaniya Yəmənə qarşı müharibəyə qoşuldu
2025-04-30 12:37:20
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniya da Birləşmiş Ştatların Yəmənə qarşı apardığı müharibəyə qoşulub. Donald Trampın növbəti dəfə Prezident seçilməsindən sonra ilk dəfə aprelin 30-da Birləşmiş Krallığın Hərbi Hava Qüvvələri paytaxt Səna şəhərinin ətrafındakı hədəfləri bombalayıblar.
Britaniyanın müdafiə naziri Con Hilinin nazirliyin X səhifəsində dərc edilmiş bəyanatında deyilir: "Krallığın "Typhoon" qırıcıları husilərin Yəməndəki hərbi obyektinə uğurlu zərbələr endiriblər... Biz bu zərbələri ABŞ-nin dəstəyi ilə, husilərin potensialını zəiflətmək, Britaniyaya məxsus və beynəlxalq gəmilərə bundan sonrakı hücumların qarşısını almaq üçün endirmişik".
Hürr Tərcüman