📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniyada Baş nazir seçkilərində Rişi Sunak liderdir

2022-07-19 21:38:00

Britaniyada Baş nazir seçkilərində Rişi Sunak liderdir

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Böyük Britaniyada Boris Consonun istefasından sonra keçirilən Baş nazir seçkilərinin üçüncü turunda keçmiş Maliyyə naziri Rişi Sunak hamıdan çox – 115 səs toplayıb.

Deputatların 82 nəfəri Beynəlxalq Ticarət nazirinin müavini Penni Mordontu dəstəkləyib.

Britaniyanın Xarici İşlər naziri Liz Trass isə 71 səslə üçüncü yerdədir. Deputat Kemi Beydnoku həmkarlarından yalnız 58 nəfəri dəstəkləyib.

Turlar iki əsas namizəd qalana qədər davam edəcək. Ən az səs toplayanlar növbəti mərhələyə keçə bilməyəcəklər.

Yeni Baş nazirin və Mühafizəkarlar Partiyasının başçısının adı 5 sentyabr tarixində bəlli olacaq.

Hürr Tərcüman