📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniyada min ukraynalı hərbçi desant təlimi keçdi

2023-08-11 13:57:00

Britaniyada min ukraynalı hərbçi desant təlimi keçdi

Böyük Britaniyada Ukrayna ordusunun min hərbçisi desant hücumu üçün hazırlanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kral Dəniz Piyadaları və Britaniya ordusunun təlimatçıları tərəfindən aparılan altı aylıq təlimlərdə yaxın döyüş taktikasının elementləri icra olunub.

Hərbçilər qayıqlardan eniş etməyi, tank əleyhinə raket sistemlərindən, “Stinger” daşınan hava hücumundan müdafiə sistemlərindən və kəşfiyyat avadanlıqlarından istifadə etməyi öyrəniblər./Axar.az/