Britaniyada Omirkon ştammı qeydə alındı!
Hurriyyet.az xəbər verir ki, Britaniyada yeni tipli koronavirusun Cənubi Afrikada meydana çıxan yepyeni variantı olan Omirkon ştammına yoluxma hallarının sayı 3-ə çatıb.
Birləşmiş Krallığın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) tərəfindən verilən açıqlamada dünən 2, bu gün isə 1 nəfərdə Omirkon ştammına yoluxma halının qeydə alındığı bildirilir.
Birləşmiş Krallığın Səhiyyə Təhlükəsizliyi Agentliyinin baş direktoru Cenni Harrisin açıqlamasında Kovid-19-un yeni mutasiyasına yoluxma hallarının yaxın günlərdə artacağının ehtimal edildiyi bildirilir. O, insanları ehtiyat tədbirləri görməyə, peyvənd olunmayaları vaksinasiyaya qoşulmağa çağırıb.
Omirkon ştammının yayılması xəbəri çıxandan sonra Britaniyada qapalı məkanlarda maska taxmaq yenidən məcburi olub.
Hürr Tərcüman