Britaniyada sutka ərzində ikinci qatar qəzası baş verdi
2026-08-15 10:11:35
Böyük Britaniyada sutka ərzində ikinci dəfə sərnişin qatarı relsdən çıxıb.
Hurriyyet.Media “The Guardian” nəşrinə istinadən xəbər verir ki, sonuncu hadisə London yaxınlığında – Esseks qraflığının Uikford şəhəri yaxınlığında qeydə alınıb.
Britaniya Nəqliyyat Polisinin məlumatına görə, qatar relsdən çıxıb. Xəsarət alanlar barədə məlumat daxil olmayıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır.
Xatırladaq ki, bundan cəmi bir neçə saat əvvəl ölkənin cənub-şərqində – Şərqi Sasseks qraflığının Lyuis stansiyası yaxınlığında da analoji hadisə baş vermişdi. Həmin qəzada qatarın 3 vaqonu aşmış, nəticədə 2 nəfər ağır, 9 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.