Britaniyadan Belarusa qarşı sanksiyalar
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Aleksandr Lukaşenko iqtidarı Rusiyanı dəstəklədiyiinə görə, Böyük Britaniya Belarusa qarşı sanksiyaları genişləndirməyi qərara alıb. Bu barədə məlumat Britaniya XİN-in bəyanatında verilir.
Britaniya XİN rəhbəri Ceyms Kleverli deyib: “Bu yeni paket Rusiyanın hərbi səylərini fəal şəkildə dəstəkləyən və Ukraynanın ərazi bütövlüyünü tanımayan Lukaşenkoya və onun rejiminə qarşı iqtisadi təzyiqi gücləndirir”.
London Belarusdan qızıl, sement, taxta, kauçuk, sənaye təchizatı məhsulları və əskinaslarım idxalını qadağan edib.
Britaniya həmçinin, Belarusun media şirkətlərinin təbliğatının qarşısını almağa çalışır. Bunun üçün Belarusun sanksiya siyahısına salınmış media şirkətlərinin saytlarına, şəbəkələrinə girişi məhdudlaşdıracaq.
Hürr Tərcüman