📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniyadan Rusiyanın "Aeroflot"una qadağa gəldi

2022-02-25 11:10:00

Britaniyadan Rusiyanın

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi Britaniyanın aviasiya qurumlarına hava əlaqəsi haqqında sazişin müddəalarına riayət etməyə dair bildiriş göndərərək, "Aeroflot"a qarşı sanksiyalardan sonra Moskvanın da "güzgü effekti" ilə eyni qadağaları tətbiq edə biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə "RİA Novosti" bildirir.
Xatırladaq ki, cümə axşamı Böyük Britaniyanın baş naziri Boris Conson parlamentdə çıxış edərək Ukraynadakı vəziyyətlə əlaqədar Londonun Böyük Britaniyada "Aeroflot"un fəaliyyətini qadağan etdiyini, həmçinin Rusiya hərbi-sənaye kompleksinin bir sıra müəssisələrinə qarşı sanksiyalar tətbiq etdiyini bildirib. Rusiya tərəfi paritet prinsipinə riayət etmək və təyin edilmiş aviaşirkətlərə bərabər hüquqlar təmin etmək üçün hökumətlərarası sazişin müddəalarına uyğun olaraq "güzgü effekti" ilə bənzər tədbirləri tətbiq etmək hüququnu özündə saxlayır.

Ülviyyə, Hurriyyet.az