📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniyalı diplomatdan ölkəmizə dəstək mesajı: Azərbaycanı anlamırsınız

2023-09-22 13:05:55

Britaniyalı diplomatdan ölkəmizə dəstək mesajı: Azərbaycanı anlamırsınız

Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp X sosial şəbəkəsində yazıb: “Biz hamımız 2020-ci ildə Azərbaycanda məyusluğun səviyyəsini başa düşə bilmədik, çoxları 2023-cü ildə yenə də bunu görə bilmədi, bəziləri isə hələ də anlamır”.

Diplomat bildirib ki, Qarabağ erməniləri Bakı ilə dialoqu gecikdirməsələr, Azərbaycan-Ermənistan sülh prosesi daha sürətlə gedəcək.
O əlavə edib ki, Azərbaycan əsas məqsədinə - bütün qanunsuz erməni silahlı birləşmələrinin öz suveren ərazilərindən çıxarılmasına nail olub və indi ölkə Qarabağ sakinlərinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyası üçün iradə nümayiş etdirə bilər.

Ülviyyə, Hurriyyet.az