📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniyalı məşhur aktrisa və sabiq deputat vəfat etdi

2023-06-17 21:47:00

Britaniyalı məşhur aktrisa və sabiq deputat vəfat etdi

Britaniyalı aktrisa və keçmiş deputat Qlenda Cekson 87 yaşında vəfat edib.

Ceksonla illərlə çalışmış rejissor Lionel Larner aktrisanın qısa sürən xəstəlikdən sonra dünyasını dəyişdiyini söyləyib.

Larner bildirib ki, Cekson ən son İrene Cordan rolunu oynadığı "The Great Escaper" filminin çəkilişlərini başa çatdırıb.

Xatırladaq ki, "Women in Love" və "A Touch of Class" filmlərinə görə Akademiya Mükafatlarına layiq görülən Qlenda Cekson 1992-ci ildə keçirilən ümumi seçkilərdə İşçi Partiyasının “Hampstead” və “Highgate” namizədi olaraq İcmalar Palatasına daxil olub.

Aktrisa "Mary, Queen of Scots", "Elizabeth Is Missing", "Hopscotch" və "Sunday Bloody Sunday" filmlərində rol alıb. \\Ölkə.Az