📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniyalı nazirlər Rusiyaya səfərə hazırlaşırlar

2022-01-31 17:30:00

Britaniyalı nazirlər Rusiyaya səfərə hazırlaşırlar

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər naziri Liz (Elizabet) Trass və Britaniyanın Müdafiə naziri Ben Volles gələn həftə Moskvaya səfər etməyi planlaşdırırlar. Bu barədə məlumatı Rusiyanın Londondakı səfiri Andrey Kelin verib.

Xəbər verdiyimiz kimi, Liz Trass dünənki açıqlamasında Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə rusiyalı oliqarxların Londondakı mülklərinin müsadirə edilə biləcəyini bəyan etmişdi.

Hürr Tərcüman