Britaniyalı səfir Rusiyanın hərbçilərini və texnikasını Ukraynadan çıxarmasını tələb etdi
İngiltərənin Ukraynadakı səfiri Melinda Simmons Twitter paylaşımında Donbasdakı hərbi qarşıdurmada mülki insan itkilərini artırmaqda günahlandırdı.
"ATƏT-in XMQ-nun hesabatlarından Ukraynanın şərqində açılan atəş nəticəsində 2020-ci ilin iyulunda atəşkəsdən bəri ən böyük insan itkisinin törədilməsini aşkarlamaq məni dəhşətə gətirdi. Rusiya Ukraynadan ordu və hərbu texnikasını geri çəkməli və XMQ-na girişi məhdudlaşdırmamalıdır. Şəffaflıq vacibdir. Günahsız insanların həyatı təhlükədədir”, deyə ingilis diplomat yazıb.
Məlumat üçün bildrilir ki, sentyabrın 30-da ATƏT-in Xüsusi Monitorinq Missiyası (XMQ) gündəlik hesabat dərc edib və bu hesabatda əvvəlki hesabat dövründə Donbass Xalq Respublikasında atəşkəsin pozulması ilə bağlı 257, Luqansk Xalq Respublikasında isə 159 hadisə qeydə alınıb.
Sentyabrın 29 -da Rusiya Federasiyasının əlaqə qrupundakı daimi nümayəndəsi Boris Qrızlov vəziyyəti şərh etdi. Diplomat Ukrayna Silahlı Qüvvələrinin davam edən atışmalarını xatırladaraq ATƏT XMQ-nun "boz zonada" yeni səngərləri və minaatan mövqelərini qeydə aldığını də qeyd edib.
Bundan başqa, o, ATƏT-in münaqişənin həllində fəal iştirakçı rolundan uzaqlaşdığını vurğuladı. Belə ki, ATƏT koordinatoru Mikko Kinnunen vasitəçi rolundan imtina edərək özünü sadə moderator elan etdi.
Ülviyyə. Hurriyyet.az