📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniyalı vulkanoloq iqlim dəyişikliyini dayandırmaq üçün bəşəriyyəti məhv etməyə çağırdı

2024-05-15 11:43:59

Britaniyalı vulkanoloq iqlim dəyişikliyini dayandırmaq üçün bəşəriyyəti məhv etməyə çağırdı

Britaniyalı vulkanoloq iqlim dəyişikliyini dayandırmaq üçün bəşəriyyəti məhv etməyə çağırıb. X sosial şəbəkə platformasında Bill Mak Kvayr yazıb ki, iqlim dəyişikliyini tez bir zamanda dayandırmağın yeganə yolu insan populyasiyasını tamamilə məhv etməkdir.

Bir neçə saatdan sonra o, postu silib, lakin onun açıqlamalarının skrinşotları internetdə yayılıb.

Sentyabr ayında isə Mak Kvayr vəd etmişdi ki, iqlim dəyişikliyinə görə 2050-ci ilə qədər insan sivilizasiyası çökəcək və insanlar qida uğrunda mübarizə aparacaqlar.

Ülviyyə, Hurriyyet.az