Britaniyanın 350 nəfər xüsusi təyinatlı hərbçisi Polşaya getdi
2022-02-10 21:41:00
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, bu gün NATO-nun şərq cinahının güclənməsi çərçivəsində 350 nəfər britaniyalı xüsusi təyinatlıdan ibarət qrup Polşaya daxil olub. Bu barədə məlumatı Polşanın Müdafiə naziri Mariuş Blaşak verib: “Bu gün Polşaya daxil olan əsgərlər bizim altıncı hava-desant briqadamızdan olan əsgərlərimizə xüsusilə yaxşı tanışdır. Onlar dəfələrlə dünyanın müxtəlif yerlərində öz missiyalarını həyata keçiriblər”.
Nazir britaniyalı əsgərlərin gəlməsinin NATO ölkələrinin həmrəyliyinin göstəricisi olduğunu bəyan edib, Polşanın şimalında artıq 250 əsgərin yerləşmiş olduğunu da xatırladıb.
Britaniya hərbçiləri artıq 2016-cı ildən bəri Polşa ərazisində xidmət edirlər.
Hürr Tərcüman