📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniyanın Baş naziri hökumətin təcili iclasını keçirir

2024-08-05 12:40:44

Britaniyanın Baş naziri hökumətin təcili iclasını keçirir

Hurriyyet.az xəbər verir ki, Britaniyanın Baş naziri Kir Starmer Nazirlər Kabinetinin Fövqəladə Komitəsinin təcili iclasını keçirəcək. "Skay Nyus" (Sky News) telekanalının məlumatına görə, iclasın keçirilməsinin səbəbi ölkənin hər yerində baş verən etiraz nümayişləri və iğtişaşlardır.
Xəbərdə deyilir: "Nazirlər və polis təmsilçilərinin bugünkü görüşündə əsas məsələ iğtişaşlara qarşı yaxın günlərdə görüləcək tədbirlərin müzakirəsidir".
Kanalın saytının yazdığına görə, hökumətin Fəvqəladə Komitəsinin tərkibinə nazirlər, dövlət qulluqçuları, polis və kəşfiyyat orqanlarının əməkdaşları və "digər müvafiq şəxslər" daxildir. Onlar fövqəladə vəziyyətlərə qarşı tədbirlər planını müzakirə edəcəklər.
Hürr Tərcüman