Britaniyanın Baş nazirinə qarşı araşdırma başlanıb
2023-04-17 16:33:00
Hurriyyet.az “İnosmi.ru” portalına istinadla xəbər verir ki, Böyük Britaniya parlamenti ölkənin Baş naziri Rişi Sunaka qarşı təhqiqatın başlandığını bəyan edib. Bu barədə məlumat parlamentin saytına yerləşdirilib.
Araşdırmanın “maliyyə maraqlarının deklarasiyası” məsələsi ilə bağlı olduğu bildirilir. Detallar və təfərrrüatlar açıqlanmır.
Sunakın ofisindən bildiriblər ki, parlamenti araşdırmasının hədəfi Nazirlər Kabinetinin başçısının həyat yoldaşının biznesidir.
Hürr Tərcüman