📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniyanın Baş Qərargah rəisi: "Vətəndaşlar müharibəyə hazır olmalıdırlar"

2024-01-25 13:50:25

Britaniyanın Baş Qərargah rəisi:

Hurriyyet.az xəbər verir ki, Böyük Britaniyanın Baş Qərargah rəisi, general Ptrik Sanders ölkəsinin daha kiçik peşəkar orduya bel bağlamamlı və irimiqyaslı quru müharibəsi ehtimalına qarşı "vətəndaş ordusu"nu hazırlamalı olduğunu bəyan edib.
Çərşənbə günü Londonda keçirilən zirehli texnika üzrə beynəlxalq konfransda çıxış edən general Sanders bu müharibənin Rusiya ilə olacağını birbaşa söyləməsə də,  Britaniyanın müttəfiqlərinin Avropanın şərqində və şimalında məhz Rusiya təhdidinin dəf olunmasına hazırlaşdıqlarını qeyd edib.
Britaniya mətbuatının yazdığına görə, Baş Qərargah rəisi "vətəndaş ordusu" dedikdə, hərbi xidmətə çağırışı (hökumət qətiyyətlə bunun əleyhinədir) yox, ehtiyatın hazırlanmasını və orduda qısa müddətdə daha çox canlı qüvvənin səfərbər edilib silahlanmasına imkan verən strukturun yaradılmasını nəzərdə tutur.    
Hürr Tərcüman