📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniyanın daxili işlər naziri istefa verdi

2022-10-19 21:48:00

Britaniyanın daxili işlər naziri istefa verdi

Böyük Britaniyanın daxili işlər naziri Suella Breverman istefa verib.

Hurriyyet.Az xarici mediaya istinadən xəbər verir ki, KİV nazirin hökumətin iqtisadi siyasəti ilə razılaşmaması səbəbindən istefa verdiyini yazır.

DİN rəhbəri özü isə istefa məktubunda səhvə yola verdiyini yazıb. O, şəxsi elektron poçtundan xidməti məqsədlər üçün istifadə etdiyinə görə istefa verdiyini bildirib.

Qeyd edək ki, sentyabrın əvvəlində formalaşdırılmış Trass hökumətində bu, artıq ikinci istefadır. Oktyabrın 14-də maliyyə naziri Kvazi Kvartenq Baş nazir tərəfindən istefaya göndərilmişdi.