📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniyanın müdafiə naziri gizli şəkildə Ukraynaya getdi

2023-05-24 17:13:00

Britaniyanın müdafiə naziri gizli şəkildə Ukraynaya getdi

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles gizli şəkildə Ukraynaya qeyri-rəsmi səfər edib. 

Hurriyyet.az xəbər verir ki, nazir Kiyevdə ukraynalı həmkarı Oleksiy Reznikovla görüşüb.

Nazirlər NATO-nun Litvada keçiriləcək sammiti ərəfəsində Ukraynanın Şimali Atlantika Alyansına qoşulması perspektivini müzakirə ediblər. Reznikovun sözlərinə görə, o, Uolleslə Ukrayna prezidenti Volodimir Zelenskinin təklif etdiyi "sülh formulası" haqqında da danışa bilib. 

Görüş zamanı o, Britaniya rəhbərliyinə davamlı silah tədarükünə görə minnətdarlığını bildirib. (unikal)