📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniyanın müdafiə naziri raket zərbəsindən ölüm təhlükəsi ilə üzləşib

2024-02-21 11:29:37

Britaniyanın müdafiə naziri raket zərbəsindən ölüm təhlükəsi ilə üzləşib

Hurriyyet.az xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Qrant Şeps ölüm təhlükəsi ilə üzləşib. 
Nüvə başlıqlı yeni ballistik raketin sınağı uğursuz keçib. "Trident II D5" adlı raket bir neçə metr uçduqdan sonra düz müdafiə nazirinin içərisində olan sualtı qayığın yanına düşüb. "San" nəşrinin yazdığına görə, nazir raket sınağını həmin qayıqdan müşahidə edirmiş.
Hadisədən sonra nazirliyin əməkdaşları dərhal açıqlama verərək, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Ştatlığının nüvə qüvvələrinin işlərinin tam qaydasında getdiyini bildiriblər. 
Hürr Tərcüman