Britaniyanın tütün şirkəti Rusiyadakı fəaliyyətini dayandırdı
2022-03-09 15:13:00
Hurriyyet.az xəbər verir ki, Britaniyanın Imperial Tobacco tütün şirkəti Rusiya Federasiyasında fəaliyyətini – satış və istehsalı dayandırdığını bildirib.
Bu barədə məlumat şirkətin rəsmi saytında yerləşdirilib: “Son hadisələrdən sonra bu gün biz Rusiyadakı bütün əməliyyatları dayandırırıq. Volqoqraddakı zavodumuzda istehsalı, satış və marketinqlə bağlı bütün fəaliyyətimizi dayandırırıq”.
Qərarın Rusiyadakı fövqəladə dərəcədə mürəkkəb vəziyyət fonunda və beynəlxalq sanksiyalar və ciddi pozuntular nəticəsində” qəbul edildiyi qeyd edilir.
Şirkət əməkdaşlarına əməkhaqqı verməyə davam edəcək.
Hürr Tərcüman