📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniyaya məxsus F-35 qırıcısı Aralıq dənizinə düşüb

2021-11-18 00:00:00

Britaniyaya məxsus F-35 qırıcısı Aralıq dənizinə düşüb

Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı müntəzəm uçuş zamanı Aralıq dənizində qəzaya uğrayıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Pilot sağ-salamat gəmiyə aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Bundan əvvəl Rusiyanın İrkutsk vilayətində An-12 yük təyyarəsi Pivovarix kəndində yaşayış binalarının yaxınlığında qəzaya uğrayıb. O, yerə enərkən radarlardan itib. Təyyarədə olan 7 nəfərin hamısı həlak olub. \\Report