📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"British Steel" Türkiyənin yüksək sürətli dəmir yol xətti üçün relslər verəcək

2024-05-20 16:18:17

İngiltərənin "British Steel" şirkəti Mersin-Adana-Osmaniye-Qaziantep dəmir yolu xətti layihəsi üçün relslərin tədarükü üçün sifariş aldığını elan edib.

Müqavilənin dəqiq dəyəri hələ açıqlanmayıb. "British Steel"in məlumatına görə, çoxmilyonluq müqavilə şirkətin İngiltərənin Skuntorp şəhərindəki polad zavodundan on minlərlə ton rels tədarük edəcək.

R260 poladdan hazırlanmış, çəkisi 60,2 kq/m və uzunluğu 36 m olan 60E1 profilli relslərin ilk partiyaları 2024-cü ilin ikinci rübündə Böyük Britaniyadan göndəriləcək.

200 km/saat sürət üçün nəzərdə tutulmuş Mersin - Adana - Osmaniye - Qaziantep elektrikləşdirilmiş qoşa yol xətti Cənub-Şərqi Anadolu bölgəsini Türkiyənin Aralıq dənizi sahilləri ilə birləşdirəcək. Türkiyə hesab edir ki, onun istismara verilməsi hər il atmosferə 150 ​​min tondan çox karbon qazı emissiyasını azaltmağa imkan verəcək.

Bundan əvvəl, 2023-cü ilin iyulunda Böyük Britaniyanın İxrac Kreditlərinə Zəmanət Departamenti (UK Export Finance - UKEF) Türkiyənin Rönesans Holding şirkətinə onu 2025-ci ilə qədər tamamlamağa imkan verəcək uzunluğu 286 km olan Mersin-Adana-Osmaniye-Qaziantep dəmir yolu layihəsi üçün 680 milyon funt sterlinq məbləğində kreditin ayrıldığını təsdiqləmişdi. 

Ülviyyə, Hurriyyet.az