📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Broker Əbülfəz”in nəyə görə tutulduğu məlum oldu

2022-08-08 13:49:00

“Broker Əbülfəz”in nəyə görə tutulduğu məlum oldu

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan “Broker MMC” rəhbəri Əbülfəz Məlikovun hansı maddələrlə ittiham olunduğu məlum olub.

Hurriyyet.az-ın APA-ya istinadən xəbər verir ki, şirkət rəhbəri Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.

Səbail Rayon Məhkəməsində Əbülfəz Məlikov barəsində istintaq orqanı tərəfindən həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Məhkəmənin qərarı ilə Əbülfəz Məlikov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.