"Brüssel də Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə mane olacaq gücdə deyil" - ELXAN ŞAHİNOĞLU
"Blinkenin Bakıya zəng etməsi səbəblərindən biri də Cənubi Qafqazda Türkiyə-Azərbaycan tandeminin gücünü hər keçən gün artırmasıdır"
"Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ankaraya gedərək Türkiyə xarici işlər nazirinin müavini Burak Akçaparla Cənubi Qafqazda sabitlik və əməkdaşlıq məsələlərini müzakirə etməsi Brüsselin Türkiyənin bölgədə oynadığı rola verdiyi dəyərdən irəli gəlir". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, Moskvadan sonra Brüssel də Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsini qəbul edib və buna mane olacaq gücdə deyil: "ABŞ-ın Ankara ilə münasibətlərində sualların sayı azalmasa da, Vaşinqton da Türkiyənin Cənubi Qafqazda mühüm oyunçu statusu ilə razılaşıb. Dövlət katibi Entoni Blinkenin Bakıya zəng etməsi səbəblərindən biri də Cənubi Qafqazda Türkiyə-Azərbaycan tandeminin gücünü hər keçən gün artırmasıdır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az