📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Brüssel görüşündə Bakıdan nə istənəcək?

2021-12-03 14:47:00

Brüssel görüşündə Bakıdan nə istənəcək?

Bildiyimiz kimi, Ermənistanın XİN naziri Ararat Mirzoyan ilə Azərbaycanın XİN naziri Ceyhun Bayramovun Stokholmda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü baş tutub. Ermənistan gəlişmələrə yenə öz ampluasında, yaxud öz arzularının diqtəsində baxır. Belə ki, İrəvan tərəfi, konkret olaraq Ararat Mirzoyan görüşü belə qələmə verir: “ABŞ dövlət katibi Entoni Blinkenlə məhsuldar görüşümüz oldu. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında tam şəkildə bərpa olunmasının zəruriliyi vurğulanıb". 
Əslində bu görüşü ənənəvi xarakter daşıyırdı, çünki əsas müzakirə mövzusu ikitərəfli gündəmlər yox, keçmiş Dağlıq Qarabağ münaqişəsi və, ABŞ-ın bu münaqişəni "ölünü diriltmək" cəhdlərinə bənzər səyləri, 44 günlük müharibədən sonra Azərbaycan-Türkiyə tandeminin ortaya çıxardığı reallıqlar olub. Yəni konkret ikitərəfli gündəmlər yoxdur, çünki Vaşinqtonun əsas səbəbi keçmiş Dağlıq Qarabağ münaqişəsinin arbitrlərindən biri kimi oyunda əsas faktor olmaqdan kənar vəziyyətə düşməsi olub. Bəs ABŞ qlobal supergüc kimi Cənubi Qafqazdan kənarda qala bilməyi özünə sığışdıra bilərmi? Ən azı kağız üstündə də olsa yox. Üstəlik, söhbət təkcə kommunikasiyaların açılmasından deyil, həm də Minsk qrupunun fəaliyyətindən gedir. Odur ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmadığını, tərəflərin yekun həll yolunun olmadığını bəyan edir. Bu o deməkdir ki, ABŞ danışıqlar aparılması gərəkədiyini söyləyərək iştirakına geyindirməyə don axtarır. Minskdə biçilən donu...
Son bir ildə ABŞ danışıqlar prosesindən bir qədər geri çəkilərək mövqeyini Rusiyaya uduzmuş kimi görünür. 3+3 formatı həm də ən azı birbaşa təsir baxımından ABŞ-ın regional proseslərdən kənarda qalması demək olar. Buna görə də, Gürcüstan ABŞ amilini nəzərə alaraq bu formatda iştirakdan imtina edir.
ABŞ regionda Rusiyanın təsiri altında olan İranın yan-yörəsində təsirli faktor olmaqda davam etmək istəyir. Nüvə danışıqları da İranı buna razı salmaq üçün bəhanədir, amma İran Çinlə anlaşmış vəziyyətdədir ki, Vaşinqton da bunu Tehrana bağışlaya bilmir.
Beynəlxalq oyun qaydalarına görə hansısa nüfuz bölgüsünü bütün tərəflər qəbul etməlidir ki, o, belə demək olarsa qüvvəyə minsin. Yəni, Qərbin oyun istəyinə görə, üçtərəfli razılaşmalar Qərb tərəfindən də qanuniləşdirilməlidir. ABŞ və Aİ Brüsseldə bu prosesə başlamaq üzrədir.  Bu, Rusiyaya da lazımdır, çünki birincisi, bu, məsuliyyətin bölünməsi demək olacaq və Rusiyanın rolunun legitimliyi Qərb tərəfindən şübhə altına alınmayacaq. İranla ABŞ arasında aparılan danışıqlar hələ də ciddi nəticə verməyib, ABŞ İranı hansısa yolla cilovlamaq və ya ona təzyiq göstərmək üçün regionda daha da güclənmək siyasəti yürütməlidir. Amma kimin əliylə? İrəvan Tehranın-böyük qardaşının xətrinə dəyməz. 
Maraqlıdır, özünün demokratiya standartlarına uyğun gələn ölkələri eyni adlı sammitə toplayan ABŞ Brüssel sammitində Azərbaycandan nə istəyə bilər? Gürcüstanın bir yolla Moskvadan uzaq mövqe sərgiləməsinə nail olan, eləcə də Ermənistana "gözətçi" statusunda gətirdiyi Paşinyanla da İrəvanı orbitində saxlamağa çalışan Vaşinqton Azərbaycana qarşı hansı tələbləri irəki sürəcək və Bakıdan nə istəyəcək? 

Ülviyyə, Hurriyyet.az