📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Brüssel görüşünün Soçi görüşündən daha məsuldar olduğunu demək olar" - SAMİR HÜMBƏTOV

2021-12-15 13:34:00

"Azərbaycan tərəfi üçün görüşün harada və hansı formatda keçirilməsi Ermənistan qədər önəmli deyil"

"Gözlənilən və təxmin edilən kimi oldu. Yəni, 15 dekabrda Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Aİ-nın rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşü baş tutdu. Əvvəldən təxmin edildiyi kimi Paşinyan üçün Soçi görüşündən daha çox Brüssel görüşü vacib əhəmiyyətə malik hesab edilir və ona görə də Paşinyan Putinin yanında danışa bilmədiyini Şarl Mişelin yanında daha rahat danışmağı üstün tutdu". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Samir Hümbətova məxsusdur.

Politoloq qeyd edib ki, görüşdən öncə Azərbaycan prezidenti İlham Əliyevin NATO baş katibi Yens Stoltonberq ilə keçirdiyi mətbuat konfransında Şarl Mişelin təşkilatçılığı ilə Nikol Paşinyanla görüşəcək mövzuların detallarına toxunaraq, bəzi mesajlar verdi: "Ölkə başçısı jurnalistlərin suallarını cavablandırarkən bildirdi ki, Ermənistandan keçməklə Azərbaycan və Naxçıvanı birləşdirən quru yolun haradan keçməsi üçtərəfli bəyannamədə tam şəkildə qeyd edilməyib və bu məsələ gələcəkdə müəyyən ediləcək. "Zəngəzur dəhlizi"nin funksiyasına da toxunan ölkə başçısı onu da bildirib ki, bu dəhliz "Laçın dəhlizi" ilə eynifunksiyalı və eynihüquqlu olacaq. Yəni, Ermənistan tərəfindən "Zəngəzur dəhlizi"ndə gömrük postu qoyulacaqsa, "Laçın dəhlizi"ndə də Azərbaycan tərəfi gömrük postu quracaq. Eyni zamanda, İlham Əliyev bildirib ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqələrin təhlükəsizliyini təmin edəcəyi ilə bağlı təminat verir. Bu da onu göstərir ki, tərəflər arasında qarşılıqlı etimadın və güvənin qurulması üçün Azərbaycan tərəfi lazım olab istənilən addımı atmağa hazırdır. Daha sonra tərəflər arasında görüş baş tutdu və görüşdən sonra Ermənistan baş naziri Nikol Paşinyan görüşlə bağlı fikirlərini bölüşüb və bildirib ki, Ermənistandan keçməklə Azərbaycan və Naxçıvanı birləşdirən dəmir yollarının açılması ilə bağlı razılıq əldə etdik. Eyni zamanda, Paşinyan onu da qeyd edib ki, dəmir yolları vasitəsi ilə Rusiya və İrana çıxış da əldə etmiş oluruq. Nikol Paşinyan sözlərinə onu da əlavə edib ki, biz ünsiyyəti davam etdirmək barədə dı razılığa gəldik. Yəni, buradan belə qənaətə gəlmək olar ki, tərəflər arasında görüşlərin keçrilməsi təkcə Rusiyanın vasitəçiliyi ilə deyil, eyni zamanda Aİ-nın da vasitəçiliyi ilə aparıla bilər".

Samir Hümbətov hesab edir ki, Rusiya tələsik şəkildə Soçi görüşünü təşkil etməsinə baxmayaraq, Brüssel görüşü daha effektli nəticə vermiş oldu: "Bunun isə bir neçə səbəbi var. 1. Paşinyan üçün Qərbin daha etibarlı olması və əsas dəstəyini qərbdən alması, 2. Brüsseldə Putinin təsirinin az olması və daha rahat fikir mübadiləsi aparmaq imkanının əldə esilməsi, 3. Aİ-dan 2,6 milyarda avro yardım almağı düşündüyü və buna görə də orta razılığa gəlməyə məcbur olduğu üçün, 4. Ermənistanla bağlı məsələlərdə Rusiyanın dominatlığını azaltmaq üçün qərbin də prosealərə cəlb edilməsi və s. Təbii ki, Azərbaycan tərəfi üçün görüşün harada və hansı formatda keçirilməsi Ermənistan qədər önəmli deyil. Ona görə Azərbaycan istənilən yerdə və istənilən formada görüşə hazır olduğunu atdığı addımlar ilə göstərmiş oldu. Bunun da əsas səbəbi Azərbaycanın qalib tərəf olmasıdır. Yekun olaraq, əvvəldən də təxmin edildiyi kimi Brüssel görüşünün Soçi görüşündən daha məsuldar olduğunu demək olar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az