📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Brüsseldə İranla Avropa İttifaqı arasında müzakirələr başlanır

2021-10-27 16:58:00

Brüsseldə İranla Avropa İttifaqı arasında müzakirələr başlanır

Hurriyyet.az TRT Haber kanalına istinadən xəbər verir ki, İran ilə Avropa İttifaqı ölkələri arasında nüvə razılaşması müzakirələri bu gün Belçikanın paytaxtı Brüssel şəhərində işə başlayır.

Brüsseldə başlayacaq müzakirələrin həftənin sonuna qədər davam eləməsi gözlənilir. Aprel ayında Vyanada yenidən başlayan və 6 mərhələsi arxada qalmış nüvə razılaşması müzakirələrinə İrandakı hökumət dəyişikliyi səbəbindən fasilə verilmişdi.

 

Hürr Tərcüman