📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü olub - YENİLƏNDİ

2023-07-14 22:26:00

Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü olub - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfərə gəlib.

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı Şurasının mənzil-qərargahında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Birgə foto çəkdirilib.

Sonra Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü olub.

***

19:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfərə gəlib.

Hurriyyet.az xəbər verir ki, dövlətimizin başçısının Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü başlayıb.

 Fotoları təqdim edirik