📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bryanskdakı cinayət cavabsız qalmayacaq”

2023-03-03 16:51:00

“Bryanskdakı cinayət cavabsız qalmayacaq”

“Ukraynalı hərbçilərin martın 2-si Bryansk vilayətində törətdikləri cinayət cəzasız qalmayacaq”.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

“Biz baş verən hadisə ilə bağlı müvafiq nəticələrə gəlmişik. Rusiyanın istintaq orqanları araşdırmaya başlayıb. Bu cinayət cəzasız qalmayacaq”, - deyə məlumatda qeyd olunub.

Həmçinin ukraynalı hərbçilərin Bryanskda NATO silahlarından istifadə etdiyi iddia olunub.

Xatırladaq ki, martın 2-si bir qrup ukraynalı hərbçinin Rusiyanın Bryansk vilayətinə daxil olduğu barədə məlumat yayılıb. Şahidlərin sözlərinə görə, ukraynalı hərbçilər sərhədə yaxın Lyubeçane kəndində avtomobili atəşə tutublar və nəticədə 1 nəfər həlak olub. Rusiya Prezidenti Vladimir Putin hadisəni terror aktı adlandırıb.

qafqazinfo.az