📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BSU Polşa Respublikasının iki universiteti ilə Əməkdaşlıq memorandumu imzalayıb

2026-03-03 15:08:54

BSU Polşa Respublikasının iki universiteti ilə Əməkdaşlıq memorandumu imzalayıb

Martın 2-də Bakı Slavyan Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə universitetdə polyak dilinin tədrisinin əsasının qoyulmasının 30 illiyinə həsr olunmuş “Dil – dialoq məkanı kimi: Azərbaycan–Polşa münasibətləri” mövzusunda keçirilən konfrans çərçivəsində BSU ilə Adam Mitskeviç Universiteti və Sileziya Universiteti arasında Əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum birgə tədbirlərin, konfrans və layihələrin həyata keçirilməsini, eləcə də müəllim və tələbə mübadiləsinin təşkili və inkişafını nəzərdə tutur. Sənəd tərəflər arasında elmi-tədqiqat və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.