Bu ali məktəblər haqqında tədbir görülür
2024-06-15 13:12:10
Sertifikatlaşdırma imtahanından keçə bilməyən müəllimlər haqqında Təhsil Nazirliyinin informasiya bazasında məlumat toplanır və bu, gələcək addımlar üçün vacibdir.
Hurriyyet.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
“Imtahan şərtlərini uğursuz verən müəllimlərin nazirlikdə məlumat bazası formalaşır. Onların təhsil aldıqları kollec və universitetlər haqqında da istər-istəməz mənfi fikir yaranır və bu təhsil müəssisələri ilə bağlı ciddi tədbir görmək lazımdır. Bəzilərində artıq başlanılıb da. Müəyyən universitetlərdən pedaqoji kadr hazırlığı ixtisası ləğv olunacaq”, - o bildirib.