📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu, Ankara-Afina gərginliyini artırır - Yunan diplomat

2022-01-22 15:27:00

Bu, Ankara-Afina gərginliyini artırır - Yunan diplomat

Yunanıstan mediası Türkiyə ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar paylaşır.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bunu sabiq yunan səfir Panayotis Loakimidis deyib.

“Biz davamlı olaraq Türkiyənin guya təcrid olunduğu görüntüsünü əks etdirərək mif yaradırıq. Bu, reallığı əks etdirmir. Dəqiqləşdirilməmiş informasiyanı yaymaq jurnalistika prinsiplərinin pozulmasıdır. Media məlumatlandırmaq əvəzinə, gərginliyi artırmağa xidmət edir. Bu, çox narahatedici haldır. Hətta bəzi xəbərlərin təqdim edilməsi anlaşılmazlıqlara səbəb olur. Nəticə etibarı ilə Türkiyə-Yunanıstan əlaqələrində gərginliyi artıran atmosfer yaranır. Media bu məsələlərdə diqqətli olmalıdır”, - sabiq səfir bildirib.