📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ay pensiyalar 50 manat yardımla veriləcək

2022-07-05 16:37:00

Bu ay pensiyalar 50 manat yardımla veriləcək

İyulun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə Hurriyyet.az-a Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Məlumatda bildirilir ki, 2022-ci il üzrə ödənilən 200 manat maddi yardımın növbəti rüb üzrə veriləcək 50 manatı da iyul ayının pensiyasının üzərinə əlavə olunacaq.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.