📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu bölgədə 6,4 maqnitudalı zəlzələ baş verib

2025-05-20 22:17:14

Bu bölgədə 6,4 maqnitudalı zəlzələ baş verib

Papua Yeni Qvineyanın sahillərində 6,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,6 min nəfər əhalisi olan Anqoram şəhərindən 94 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 25 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb. \\Ölkə.az