📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bu, çətin, lakin vacibdir...” - Zelenski

2022-03-16 09:28:00

“Bu, çətin, lakin vacibdir...” - Zelenski

"Ukrayna nümayəndə heyəti ilə Rusiya arasında danışıqlar davam etməlidir".

Hurriyyet.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

"Bu, çətin, lakin vacibdir. Tərəflərin mövqeləri artıq daha real səslənir, lakin hələ də vaxt lazımdır. İstənilən müharibə razılaşma ilə başa çatır. Mənə verilən məlumata görə, görüşlər davam edir. Danışıqlar daha real səslənir. Lakin qərarların Ukraynanın maraqlarına uyğun olması üçün hələ də vaxt lazımdır", - deyə Zelenski qeyd edib.