📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu, çox misilsiz və unikal bir hadisədir - Prezident

2023-10-02 13:24:19

Bu, çox misilsiz və unikal bir hadisədir - Prezident

Bizim ərazi bütövlüyümüzü bərpa etmə təcrübəmiz çox misilsiz və unikal bir hadisədir. Biz münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik.

Hurriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında bildirib.

“Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Bu, bizim fikrimizdir. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda – bu gün biz bunların hamısını nümayiş etdiririk”, - deyə dövlətimizin başçısı əlavə edib.