📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bu, çoxdan olmalı idi, inşallah ədalət öz yerini tapar” — Misir Mərdanov Ramiz Mehdiyevin istefasından DANIŞDI

2022-02-14 20:06:00

“Bu, çoxdan olmalı idi, inşallah ədalət öz yerini tapar” — Misir Mərdanov Ramiz Mehdiyevin istefasından DANIŞDI

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib. Bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

Sabiq deputat Elton Məmmədov da xəbəri təsdiqləyib.

Hurriyyet.az bildirir ki, məsələ ilə bağlı Demokrat.az saytı sabiq təhsil naziri Misir Mərdanov ilə əlaqə saxlayıb.

O açıqlamasında yayılan xəbərlərin doğruluğunu təsdiqləyib: “Bəli, artıq mənə də xəbər verdilər ki, Ramiz Mehdiyev istefa verib. Əlbəttə ki, bu istefa çoxdan olmalı idi. Düzdür, indi baş tutdu. Təbii ki, bu da çox yaxşıdır. İnşallah ki, ədalət öz yerini tapar”.

Aynurə Pənahqızı