📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu dəfə tərəflərdən hər biri 157 hərbi əsiri təhvil verdi

2026-02-05 16:24:01

Bu dəfə tərəflərdən hər biri 157 hərbi əsiri təhvil verdi

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mübadilə çərçivəsində tərəflərdən hər biri qarşı tərəfə 157 hərbi əsiri təhvil verib. Bundan başqa, Ukrayna Kursk vilayətinin üç sakinini Rusiyaya qaytarıb.

Rusiyalı hərbçilərin Belarus ərazisində olduğu bildirilir.

Əsir mübadiləsi BƏƏ və ABŞ-nin vasitəçiliyi ilə baş tutub.