Bu dəfəki qətl Bakının mərkəzində. Bir nəfər kimliyi məlum olmayan kişi qətlə yetirilib
2024-06-26 22:06:54
Nərimanov rayonunda bir nəfər küçədə güllələnib.
Bu barədə DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya məlumat verilib.
Bildirilib ki, bir nəfər kişi odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisədə şübhəli bilinən şəxs saxlanılıb.
Belə ki, hadisəni törədən şəxs zərərçəkmişlə telefonda mübahisə edib. Mübahisədən bir müddət sonra onu güllələyib.