📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ərazi Azərbaycana qaytarılır - Ermənilər MƏLUMAT YAYDI

2022-08-08 14:20:00

Bu ərazi Azərbaycana qaytarılır - Ermənilər MƏLUMAT YAYDI

Laçın rayonunun tarixi kəndlərindən olan Zabux Azərbaycana təhvil verilmək üzrədir.

Hurriyyet.az xəbər verir ki, Ermənistan mətbuatı artıq iki gündür ki, işğaldan sonra burada məskunlaşdırılmış ermənilərin köç prosesinin başlamasını əks etdirən foto və videolar yayır. Ənənəvi xislətlərinə sadiq qalan ermənilər "tarixi" torpaqlarından uzaqlaşdırıldıqlarını iddia edirlər. Lakin maraqlıdır ki, öz "tarixi" torpaqlarından gedənlər hər yeri yandırır, dağıdırlar. Bunu da fəxrlə paylaşırlar. Məsələn, qondarma "Artsax"ın tör-töküntülərindən olan "Mədəni İrsin Qorunması üzrə İctimai Şura"nın sədri Sergey Şaxverdyan öz Facebook səhifəsində yeni video paylaşaraq Zabuxda arxivlərin yandırıldığını yazıb.

O qeyd edib ki, Zabux məktəbində saxlanması nəzərdə tutulmayan materiallar yandırılır.

- Məktəb illərinin xatirəsi odda yanır, - Şaxverdyan gileylənib.