📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ərazidə işıq olmayacaq - Xəbərdarlıq

2026-10-03 10:12:35

Bu ərazidə işıq olmayacaq - Xəbərdarlıq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 3-də Suraxanı rayonunda 6 kV-luq hava xəttində təmir işləri həyata keçiriləcək.

Hurriyyet.net xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar Hövsan qəsəbəsi Kondisioner bağları yaşayış massivində saat 09:00-dan 13:00-dək enerjinin verilişində məhdudiyyət tətbiq olunacaq.

“Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar”, - deyə məlumatda qeyd edilib.