Bu ərazidə su olmayacaq - XƏBƏRDARLIQ
2026-10-01 17:12:39
Nizami rayonunda yerləşən magistral su kəmərində planlı tikinti-bərpa işləri həyata keçiriləcək.
Bu barədə Hurriyyet.media Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilir ki, aparılan təmir işləri ilə əlaqədar sabah - 2 oktyabr tarixində saat 09:00-dan axşam saatlarınadək rayonun bəzi ərazilərinə içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq.