📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ərazilər üzrə avqustun pensiyaları ÖDƏNİLDİ

2024-08-09 19:21:40

Bu ərazilər üzrə avqustun pensiyaları ÖDƏNİLDİ

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.

Bu barədə Hurriyyet.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.