📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ərazilərdə duman var

2026-09-17 10:56:50

Bu ərazilərdə duman var

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Hurriyyet.media-ya  verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Balakəndə 15, Sarıbaşda (Qax) 12, Zaqatalada 8, Quba, Qusarda 3, Naftalan, İsmayıllıda 1 mm-dək qeydə alınıb.

Şəmkir, Xızı, Şahdağ, Sabirabad, Lerikdə isə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.