📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ərazilərdə leysan olub

2026-08-28 11:32:13

Bu ərazilərdə leysan olub

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Hurriyyet.media -ya  verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb.

Ayrı-ayrı yerlərdə yağıntı qısamüddətli leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Gədəbəydə 20 (aylıq normanın 37%-i), Qusarda 5, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Göygöl, Qrız, Gəncə, Naftalan, Şəmkir, Sarıbaş (Qax), eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Neftçala və Culfada 18 m/s-dək güclənir. Qrız, Şahdağda duman müşahidə olunur.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 38, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti müşahidə olunub.