📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ərazilərdə pensiyalar ödənildi

2026-11-13 14:32:13

Bu ərazilərdə pensiyalar ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.  

Bu barədə Hurriyyet.net  Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. 

Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə noyabrın 6-da bu ayın pensiya ödənişi həyata keçirilib.

Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin noyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.