📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ərazilərdə qaz kəsiləcək

2024-10-31 21:31:23

Bu ərazilərdə qaz kəsiləcək

Səbail rayonunda qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və 3 ədəd siyirtmənin quraşdırılması məqsədilə 01.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Hurriyyet.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Təmir işləri aparılan müddətdə Badamdar qəsəbəsində 2-ci massivin tam olaraq, 1 və 3-cü massivlərin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.