Bu ərazilərdə qaz kəsiləcək
2026-11-24 22:52:16
Bəzi ərazilərdə qaz olmayacaq.
Hurriyyet.net xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Nəsimi və Nərimankənd kəndlərinin, Cəlilabad şəhərinin bir sıra küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.