📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ərazilərdə qaz olmayacaq

2026-05-06 10:07:42

Bu ərazilərdə qaz olmayacaq

Bu gün saat 10:00-dan Sabunçu rayonunun "Ramanı südçülük sovxozu"nun, Elşən Məhərrəmov küçəsinin, sosial evlərin və Maştağa qəsəbəsi, Daş karxanasının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatında yaranacaq fasilələr Sabunçu rayonunda görüləcək təmir-quraşdırma işləri ilə əlaqədardır.

İşlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.