Bu ərazilərdə qaz olmayacaq
2026-08-25 10:55:34
Paytaxtın Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Hurriyyet.media xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Şuşa şəhərciyinin, Sosial binaların, S.Xudiyev və Ş. Rustavelli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.